Yeyib qaçdıdı?

20 Noyabr 2023 20:09 (UTC+04:00)

...Kolumbiyalı müğənni Şakira İspaniyada vergidən yayınma işində günahını etiraf edib. RBC El Mundo nəşrinə istinadən xəbər verir ki, məhkəmə onu 7,3 milyon avro cərimə ödəməyə, həmçinin üç il həbs cəzasına məhkum edib, lakin həbs müddəti daha 432 min avro ödəmə ilə əvəzlənib.

SİA-nın əldə etdiyi məlumata görə, istintaq bir neçə il davam edib. İspaniya hakimiyyəti sənətçini 2012-ci ildən 2014-cü ilə qədər altı epizodda vergidən yayınmaqda ittiham edib. İstintaq hesab edir ki, o, daha sonra Barselonada 183 və ya daha çox gün yaşayıb, bu da onu İspaniyanın vergi rezidenti edir, lakin vergi ödəməyib.

Amma müğənninin özü Baham adalarında yaşadığını iddia edib.

2010-cu ildən Şakira ispaniyalı futbolçu, "Barselona"nın keçmiş oyunçusu Xerard Pike ilə münasibətdə olub. Cütlüyün iki övladı var və ötən ilin iyununda ayrılıblar.

...İttiham Şakiranın hamiləlik dövründə Barselonadakı saç və gözəllik salonlarına, klinikaya getməsi və şəhər yaxınlığında səsyazma studiyası icarəyə götürməsi ilə bağlı xəbərlərə əsaslanıb.

“El Mundo” qeyd edir ki, razılığın əldə olunması ilə əlaqədar müğənninin həyatının bu və digər təfərrüatları məhkəmədə açıqlanmayacaq. Məhkəmə müğənninin xəzinəyə 14,5 milyon avro - faizlərlə birlikdə vergi ödəməsini yüngülləşdirici hal kimi tanıyıb.

Nazlı