Putinə məxsus 71 metrlik yaxta aşkarlanıb...?

20 Noyabr 2023 19:28 (UTC+04:00)

...Necə deyərlər, bunların da işi-gücü qurtarıb və indi də “başqasının pulunu saymaqla” məşğuldurlar..?

Beləliklə, bu günlərdə “Dosye” istintaq mərkəzi Rusiya prezidenti Vladimir Putin və ətrafı tərəfindən istifadə edildiyi iddia edilən iki super yaxta aşkarlayıb.

Bu, 71 metrlik “Viktoriya” və onu müşayiət edən 38 metrlik “Orion” yaxtalarıdır. Deyilənlərə görə, əvvəllər bu gəmilər onlara məlum deyilmiş.

Bu gün isə “Dosye” “Viktoriya” yaxtasını “Vladimir Putinin Qara dəniz flotiliyasının flaqmanı” adlandırır. Hazırda gəminin Türkiyənin İstanbul yaxınlığındakı Tuzla limanında təmir işləri aparıldığı iddia edilir.

“Dosye”nin iddiasına görə, “Viktoriya” yaxtası Rusiya prezidentinin sərəncamı ilə 2000-ci illərin ortalarında Sevmaş hərbi zavodunda inşa edilib. Sonradan yaxta Putinin dostu Pyotr Kolbinin şirkətinə, daha sonra isə sahibləri məxfi olan bir şirkətə satılıb. “Viktoriya” yaxtasının tikintisi, “Dosye”nin yazdığı kimi, iş adamı Sergey Maslovun strukturları tərəfindən sifariş edilib.

Nəşrin həmsöhbətləri isə bunun Putin üçün nəzərdə tutulduğunu iddia edirlər. Sonda yaxta Putinin digər dostu Gennadi Timçenkonun strukturlarında qeydiyyata alınıb. Yaxtanın tikintisi təxminən 14 il çəkdi. Onun dəyəri 50 milyon dollar qiymətləndirilir.

...Yaxtanın ekipajı, “Dosye”in yazdığı kimi, Putin və onun ətrafı ilə əlaqəli olduğu iddia edilən digər yaxtalarda işləyən insanlardan ibarətdir. “Viktoriya” Soçidə yerləşir və vaxtaşırı Putinin sarayı deyilən ərazinin yerləşdiyi İdokopas burnunda dayanır.

“Dosye” iddia edir ki, “Viktoriya” yaxtasından çoxsaylı araşdırmalarda Vladimir Putinə yaxın adlandırılan Alina Kabaeva da istifadə edib.

Nazlı