Putin Argentinanın yeni prezidentinə müraciət edib

20 Noyabr 2023 18:56 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Argentina prezidenti Xavyer Mayli bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib. O, ölkələr arasında gələcək əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

“Rusiya-Argentina münasibətləri yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Biz strateji tərəfdaşlığın gələcək inkişafını səbirsizliklə gözləyirik”.

SİA-nın əldə etdiyi məlumata görə, Vladimir Putin bunu Argentina prezidenti Xavyer Mayliyə ünvanladığı məktubda bildirib.

Qeyd edək ki, Putinin müraciəti Rusiya Federasiyası Prezidentinin rəsmi saytında dərc olunub. O, Maylini təyinatı münasibətilə də təbrik edib.

Xatırladaq ki, noyabrın 19-da Argentinada yekun prezident seçkiləri keçirilib. Nəticədə Libertar Partiyasının nümayəndəsi Xavyer Mayli yeni prezident olub.

Yeri gəlmişkən, yeni prezident siyasətini həyata keçirərkən Amerika kursunu rəhbər tutmaq niyyətində olduğunu vurğulayıb.

Nazlı