İraqın şimalında bir hәrbçi şәhid olub

20 Noyabr 2023 18:47 (UTC+04:00)

İraqın şimalında separatçı terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub, 5 terrorçu zərərsizləşdirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

Məlumatda ''Pəncə-Kilid'' əməliyyatı bölgəsində terror təşkilatı üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurma zamanı 1 əsgərin şəhid olduğunu, 5 terrorçunun isə zərərsizləşdirildiyini açıqlayıb.
Açıqlamada bölgədə əməliyyatların davam etdiyi bildirilib.