Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

20 Noyabr 2023 17:22 (UTC+04:00)

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, raundun son oyununda “Şəfa” ilə “Şəmkir” üz-üzə gəliblər.

II Liqa təmsilçilərinin Binə qəsəbə stadionunda baş tutan duelinin əsas və əlavə vaxtı bərabərliklə yekunlaşıb – 1:1. Penaltilər seriyasında daha dəqiq oynayan (5:3) “Şəfa” II təsnifat mərhələsində Premyer Liqa klubu “Səbail”ə rəqib olub.

Qeyd edək ki, daha əvvəl “Lerik”, “Şahdağ Qusar”, “Göygöl”, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” II təsnifat mərhələsinə vəsiqə qazanmışdılar.