Qızılağac Milli Parkında “Flaminqo festivalı” keçiriləcək

20 Noyabr 2023 17:05 (UTC+04:00)

Noyabrın 21-də Qızılağac Milli Parkında “Flaminqo festivalı” keçiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, festival çərçivəsində qayıq və kvadrasikllarla gəzinti, quşların müşahidəsi, müxtəlif əl işlərinin sərgisi, sənətkarların master-klasları, “Ekstremal şəraitdə sağ qalmaq yolları” təlimi, intellektual viktorina, əyləncəli musiqili proqram və s. tədbirlər təşkil olunacaq.

Nazirlik maraqlı və əyləncəli vaxt keçirmək istəyən hər kəsi noyabrın 21-i saat 11:00-dan 16:00-dək Qızılağac Milli Parkına dəvət edir.