Gecə klubunda dava düşüb, səbəbi bu imiş...

20 Noyabr 2023 16:01 (UTC+04:00)

Əyləncə mərkəzində pula görə dava düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Manisa şəhərində bir əyləncə mərkəzində borc məsələsinə görə, başladığı iddia edilən davada 40 yaşlı Erkan İldız həyatını itirib. Üç nəfər isə yaralanıb.

Hadisə gecə saat 02:00 radələrində Süleyman Dəmirəl bulvarında yerləşən əyləncə mərkəzində baş verib. Mərkəzin operatoru Erkan İldız və spirtli içki satan şəxs arasında borca görə dava düşdüyü güman edilir. Polis hadisə ilə bağlı araşdırma başladıb.