Ermənistanda qadınlar kişilərdən xeyli çoxdur

20 Noyabr 2023 15:44 (UTC+04:00)

Ermənistanın Statistika Komitəsi ölkə əhalisinin tərkibinə dair statistik məlumat dərc edib. SİA xəbər verir ki, rəsmi statistikaya görə, Ermənistanda əhalinin 53 faizini qadınlar, 47 faizini kişilər, o cümlədən əmək ehtiyatlarının 54 faizini qadınlar, 46 faizini kişilər təşkil edir.

Baş nazir Nikol Paşinyan noyabrın 20-də Qadınlara Qarşı Zorakılığa Qarşı Koalisiyaya daxil olan QHT nümayəndələrini görüşdə deyib ki, qadınlara iqtisadi, ictimai və bütün mümkün istiqamətlərdə özünü ifadə etmək, dövlətin inkişafında iştirak etmək üçün şərait yaratmağa çalışırlar.

Görüşdə qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı məsələlər, Ermənistan hökumətinin bu istiqamətdə atdığı addımlar, artıq həyata keçirilən qanunvericilik dəyişiklikləri, qadınların problemləri və onların həlli istiqamətində məsələlər müzakirə olunub.