“İsrail-Fələstin müharibəsinin coğrafiyası genişlənə bilər” -MÜNASİBƏT

20 Noyabr 2023 14:34 (UTC+04:00)

“İsrail-Fələstin münaqişənin tarixinə və səbəblərinə nəzər salsaq hesab edirəm ki, bu münaqişənin daha böyük bir ərazini və coğrafiyanı daha da kəskinləşməsi ehtimalını artırır”. Bunu SİA-ya açıqlamasında politoloq Mətin Məmmədli deyib.

Onun sözlərinə görə, münaqişə artıq 80 ilə yaxındır ki, mövcuddur: “Bu günə qədər də həll olunmamasının səbəblərindən biri daxili məsələlərdir. Digər problemlər isə kənardadır. Yəni böyük dövlətlərin toqquşan maraqları var. Onu da nəzərə almaq lazımdır ki, regionda həm qarşı duran dövlətlər var. Oktyabrın 7-dən Qəzza sektorunda başlanan yeni münaqişə bəzi məsələləri ortaya qoyur. O da ondan ibarətdir ki, ilk növbədə bir sıra dövlətlər hələ də münaqişəyə cəlb olunmaq istəmir. Yəni görünən odur ki, hələ də nə qədər gərginlik, ziddiyyətli məqamlar olsa da hələ də bölgədə əsas oyunçular birbaşa münaqişəyə girməkdən çəkinir. Burda ABŞ-ı, İranı və digər dövlətləri nəzərdə tuturam. Bu səbəbdən də hələ də münaqişə Qəzza sektorunda davam edir. Daha çox lokal xarakter daşıyır. Düşünürəm ki, münaqişənin gedişindən asılı olaraq deyə bilərik ki, münaqişə daha geniş arealı əhatə edə bilər”.