AVF rəsmisi yeni təyinat alıb

20 Noyabr 2023 14:30 (UTC+04:00)

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb. AVF-dən SİA-ya verilən məlumata görə, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final matçının supervayzeri olacaq.

Federasiya rəsmisi noyabrın 21-də “Xarı Bülbül" (Şuşa) və Yunanıstanın “Panatinaikos” komandaları arasında Bakıda keçiriləcək qarşılaşmada hakimlərin işinə qiymət verəcək.

Görüşün hakimləri türkiyəli Ramazan Cevik və monteneqrolu Jelena Mitroviç olacaqlar.