Fanatı məşhur müğənninin konsertində dünyasını dəyişib

20 Noyabr 2023 14:23 (UTC+04:00)

Teylor Sviftin Braziliya konserti fanatının ölümünə görə təxirə salınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənninin Rio de Janeyradakı konsertində bölgədəki istilik səbəbilə bir qadın ölüb, minlərlə insana tibbi yardım edilib.

“Eras” turneri çərçivəsində baş tutan konsertdə stadionun girişində içki içmək qadağan edilib, insanlar isə saatlarla günəşin altında qalıb. Çöldə istilik 40 dərəcə olsa da, stadionun içərisində temperatur təxminən 60 dərəcəyə çatıb. Konsert başlamağına 1 saat qalmış təxirə salınıb. 60 mindən çox insan narazı halda evinə dönüb.