Zaqatalada qızılcaya yoluxanların son durumu

20 Noyabr 2023 13:29 (UTC+04:00)

Hazırda Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qızılcaya yoluxmuş 8 nəfərin stasionar müalicəsi davam etdirilir. Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, həmin şəxslərdən 7-si böyük, 1-i uşaqdır: “Hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir”.

Xatırladaq ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub. Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılmışdı.