İqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib - SƏRƏNCAM

20 Noyabr 2023 12:36 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova vəzifəsindən azad edilib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, S.Həsənova 6 iyul 2006-cı ildən nazir müavini idi.