Məşhur model, aparıcı və dörd uşaq anası Krissi Teyqen ötən şənbə günü keçirilən "Baby2Baby Gala"sına azərbaycanlı dizaynerin libasında qatılsa da, sonradan ciddi problemlə üzləşib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ulduz gecəyə qurucusu Rüfət İsmayılın olduğu "Afffair" brendindən gül dekorları ilə işlənmiş qara bir libasda təşrif buyurub. Dərin yarıqlı libas Teyqenə bədəninin gözəlliyini nümayiş etdirməyə imkan verib. O, klassik libası "Jeffrey Levinson" imzalı qızılı klatç ilə birləşdirib.
Model bu obrazda möhtəşəm görünsə də, tədbirin ortasında paltarın axrasındakı zəncirbənd qırılıb. Teyqen paltarın arxadan çəkilmiş şəklini instaqramda paylaşıb. Lakin daha sonra onun problemi həll edə bildiyi məlum olub.
Məlumat üçün bildirək ki, azərbaycanlı dizayner bir çox Hollivud ulduzunu da geyindirməyə müvəffəq olub. Onların arasında Cey Lo, Beyons, Aşanti, Dua Lipa , Adel və bir çox başqa dünya şöhrətli ulduzları misal çəkmək olar.