Müğənni Günel Zeynalovanın konserti təxirə salınıb. SİA xəbər verir ki, bu haqda sənətçinin özü məlumat verib.
O bildirib ki, buna səbəb hava şəraitinin qəfil dəyişməsi olub.
İfaçı bildirib ki, ötən gün İstanbulda, məkanların birində səhnəyə çıxmağa hazırlaşırmış.
Lakin havanın pisləşməsinə görə gecə təxirə salınıb.