Qəzzada ölənlərin sayı 13 mini keçdi

20 Noyabr 2023 02:20 (UTC+04:00)

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin sayı 13 mini keçib. SİA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” HƏMAS hərəkatının nümayəndələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 5,5 mini uşaqdır.

Həmçinin, vurğulanıb ki, anklavda yoluxucu xəstəliklərə yaxalananların sayı 30 min nəfəri keçib.