Bu arada Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin tibbi komandanı, tibb xidməti general-mayoru Tatyana Ostaşenkonun vəzifəsindən azad edildiyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə bazar günü, noyabrın 19-da videomüraciət zamanı bildirib.
Yeni komandir Kiyev şəhərindəki Baş Hərbi Klinik Hospitalın rəisi, tibb xidmətinin general-mayoru Anatoli Kazmirçuk təyin edilib.
Yefri gəlmişkən, Zelenski Ostaşenkonu müdafiə naziri Rustem Umerovun tövsiyəsi ilə dəyişdiyini bildirib.
Kazmirçukun əsas vəzifəsini isə Zelenski, onun Ukrayna hərbçilərinə “tibbi dəstəyin prinsipial olaraq yeni səviyyəsi” adlandırıb.
Qeyd edək ki, bunlara yüksək keyfiyyətli turniketlər, tam rəqəmsallaşma, yüksək keyfiyyətli təlim və s. daxildir.
...Konkret bölmələrin effektivliyi təcrübəsi bütün Müdafiə Qüvvələrinə yayılmalıdır.
Bunu da Zelenski əlavə edib.
Nazlı