İran İslam ölkələrini İsraillə əlaqələri kəsməyə çağırır

19 Noyabr 2023 23:05 (UTC+04:00)

İranın ali dini lideri Ayətullah Əli Xamenei İslam ölkələrini Qəzza zolağında hərbi əməliyyatlar fonunda İsraillə münasibətləri kəsməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Tasnim məlumat” yayıb.

“İslam ölkələri heç olmasa müvəqqəti olaraq sionist rejimi olan İsrail ilə bütün siyasi əlaqələri dayandırmalıdır”, - o deyib.

Qeyd edək ki, bundan əvvəl İranın Ali Rəhbəri islamçı HƏMAS qruplaşmasının rəhbəri İsmayıl Haniyədən Tehranın münaqişəyə girə biləcəyi ilə bağlı susmağı xahiş edib.

“Times of Israel”in məlumatına görə, Ayətullah Xamenei HƏMAS-ın İranın xəbəri olmadan İsrailə hücum etdiyini bildirib. Ona görə də Tehran birbaşa münaqişəyə girmək niyyətində deyil.

Xatırladaq ki, noyabrın əvvəlində Xamneyi müsəlman ölkələrini də İsrailə neft və ərzaq tədarükünü dayandırmağa çağırıb.

Nazlı