İraq aviaşirkəti Bakıya uçuşlara başlayır

19 Noyabr 2023 00:48 (UTC+04:00)

“Iraqi Airways” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirməyə başlayır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, aeroportdan bildirilib ki, noyabr 19-da saat 00:15-də aviadaşıyıcı Bağdaddan Bakıya ilk uçuşunu həyata keçirəcək.

Aviaşirkət həftədə 5 dəfə Bağdaddan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırılır.

Dəqiq cədvəllə aviadaşıyıcının www.flyiraqiairways.com rəsmi saytında tanış olmaq mümkündür.