"Neftçi" "Zenit"ə qalib gəldi

18 Noyabr 2023 23:05 (UTC+04:00)

"Neftçi" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edərək bu gün yoxlama oyunu keçirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Bakıda "Zenit"i qəbul edib. "Neftçi Arena"da keçirilən görüşdə Bakı klubu 2:1 hesabı ilə qalib gəlib. Reziuan Mirzov sözügedən oyunda dubla imza atıb.

Qeyd edək ki, bu komandalar Rusiyada mövsümöncəsi beynəlxalq turnirdə üz-üzə gəliblər və "Zenit" qələbə qazanıb - 3:1.

Yoxlama oyunu, 18 noyabr

21:00. "Neftçi" - "Zenit" - 2:1

Qollar: Reziuan Mirzov, 9 (1:0), Du Keyros, 56 (1:1), Reziuan Mirzov, 62 (2:1)

"Neftçi Arena"