Radikal islahatlar olmasa, Avropa İttifaqı dağılacaq

18 Noyabr 2023 21:56 (UTC+04:00)

Macarıstanın baş naziri Viktor Orban radikal islahatlar olmadan Avropa İttifaqının dağılacağına əmindir.

“Brüsselin hazırkı siyasəti Avropa İttifaqının tabutuna mismardır”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Orban bildirib.

Siyasətçi əmindir ki, Brüsselin Avropa modeli keçərli deyil, onun gələcəyi yoxdur və bu modelə “yox” demək lazımdır.

“Əgər bu belə davam edərsə, o zaman biz Avropa İttifaqına son qoya bilərik”.

Bunu da Orban deyib.

Orban onu da əlavə edib ki, Avropa İttifaqından çıxmaq əvəzinə onu dəyişmək daha yaxşıdır. Buna ancaq Brüsseldə aparılan köklü islahatlarla nail olmaq olar.

Nazlı