Məşhur reperdən radikal qərar - FOTO

18 Noyabr 2023 06:11 (UTC+04:00)

Rep musiqisinin məşhur adı Snoop Dogg tütün və marixuana məhsullarından istifadəni dayandırdığını açıqlayıb. Dogg bu qərarı ailəsi ilə birlikdə verdiyini bildirib. SİA xəbər verir ki, bununla bağlı məşhur reper “X” sosial media platformasında paylaşım edib.

Həmin paylaşımda belə qeyd edib: “Ailəmlə çox düşünüb, söhbət etdikdən sonra bu qərara gəldim. Xahiş edirəm, indi şəxsi həyatıma hörmət edin”.