İllərlə davam edən müzakirələrdən sonra "Apple” iPhone və Android telefonları arasında mesajlaşmanın təkmilləşdirilməsinə razılıq verib. SİA xarici mediaya istinadən xəbər verir ki, şirkət iPhone-ların RCS mesajlaşma standartını dəstəkləyəcəyini açıqlayıb. Şirkət bildirir ki, nəhayət RCS iMessage ilə işləyəcək və iPhone və Android telefon istifadəçiləri arasında əlaqə yaratmağa imkan verəcək. "Apple” əslində bu dəyişikliyi uzun müddətdir rədd edirdi.