Zelenski xidmət rəhbərinin müavinini işdən çıxarıb

18 Noyabr 2023 00:34 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini Aleksandr Tarasovskini işdən çıxarıb.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq fərman dövlət başçısının aparatının saytında yerləşdirilib.

“Aleksandr Alekseeviç Tarasovski Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini vəzifəsindən azad edilsin”, – sərəncamın mətnində deyilir.

Bildirək ki, Tarasovskinin vəzifədən uzaqlaşdırılmasının səbəbləri məlum deyil.

Bundan əvvəl Ukrayna baş nazirinin müavini İrina Vereşçuk, Qərbin yardımının azaldılması Kiyevdəki çətin vəziyyətin daha da gərginləşəcəyini bildirmişdi.

O qeyd etmişdi ki, gələn il çətin, lakin eyni zamanda vacib olacaq. Bundan əlavə, o, Kiyevin tərəfdaşlarını resursları səpələməməyə və onları sosial baxımdan aktual olan sahələrə cəmləşdirməyə çağırmışdı.

Nazlı