Sürət zəif, qiymət isə baha - ÇIXIŞ YOLU NƏDİR? - QURUM RƏSMİSİ DANIŞDI

17 Noyabr 2023 16:53 (UTC+04:00)

"İnternet bazarının 65 faizinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tabeliyində olan qurumlar nəzarət edir. Bunlar "Baktelecom”, "Aztelekom”, "Azeurotel” , "AzDataCom” və "Azercell”dir. Ekspert əlavə edir ki, bu qurumların satdığı internet kifayət qədər bahadır. "NRYTN haqsız rəqabət aparır. Özəl provayderlər sürətli internet xidməti çəkmək üçün dövlətə məxsus rabitə resurslardan istifadə edə bilmirlər. NRYTN tabeliyində olan dövlət provaydreləri isə bu resurslardan sərbəst istifadə edirlər”. Bu sözləri SİA-ya Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Ekspert deyir ki, özəl provayderlərin qiymət endiriminə NRYTN tabeliyində olan dövlət provayderləri mane olur: "İnternet bazarının 65 faizinə nəzarət edən dövlət provayderləri "DeltaTelecom”un 70 faiz qiymət endirimini boykot edib. Müşahidələr və monitorinqlər göstərir ki provayderlər interneti topdan alanda öz müştərilərinin sayına və tələbatına uyğun həcmdə deyil, daha az trafik alırlar”.

Ləman Sərraf