Zəif görmənin yeni səbəbləri ortaya çıxdı - DİQQƏT! - OFTALMOLOQ DANIŞDI

17 Noyabr 2023 15:20 (UTC+04:00)

“Zəif görmənin bir çox səbəbləri var. Gözün zəifləməsi gənclərdə daha çox rast gəlinsə də, yaşlılarda da görülən problemdir. Eynəklər və linzalar isə bu vəziyyəti korreksiya etmək üçün yaxşı seçimlərdir”. Bu sözləri SİA-ya açıqlamasında həkim oftolmaloq Paşa Qəlbinur deyib.

Həkim bildirib ki, bəzi insanlarda isə optik eynək və linzaların köməyi məhdud olur və ya ümumiyyətlə kömək etmir: “Bu cür insanlarda eynək və linzalar korreksiya vermir, yəni görmə qabiliyyətini artırmır.

Bəzi insanlarda isə problemlər fərqli olur. Məsələn bir çox insan eynək taxa bilmir, həmçinin bir çoxlarının da linzaya allergiyası olur. Bu zaman gözü əməliyyat etmək olar. Lakin yaşa diqqət edilməli və 17-18 yaşlarında göz əməliyyat edilməməlidir. Yəni gözlərin müalicəsi hər bir insan üçün fərdi olur. Linza və eynək müalicəsi ilə gözün görmə qabiliyyətinin tamamilə bərpa edilməsi mümkün deyil. Bunu yalnız əməliyyatlarla həll etmək olar”.