"Onun paylaşımlarında yad kişilər çox olur" - Zenfira İbrahimova

17 Noyabr 2023 07:08 (UTC+04:00)

Müğənni Zenfira İbrahimova "Xəbərin var?" verilişində həyat yoldaşı Anar Heydərovu instaqramda izləmədiyini bildirib. SİA xəbər verir ki, sənətçi hǝyat yoldaşının idmançı olduğunu xatırladaraq onu izləməmək səbəbini belə açıqlayıb: "Onun paylaşımlarında yad kişilər çox olur. Bunun üçün də onu heç vaxt sosial şəbəkədə izləmirəm".