Uzun müddətdir müzakirələri gedən "Bihter" filminin İstanbulda qala gecəsi keçirilib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Halit Ziya Uşaklıgilin unudulmaz əsəri "Aşk-ı Memnu" əsasında lentə alınan filmin qala gecəsində baş rollarda çəkilən Farah Zeynep Abdullah, Boran Kuzum, Hande Ataizi, Osman Sonant və başqa aktyorlar iştirak edib. Qala Sait Halim Paşa villasında baş tutub.
“Çox əyləncəli bir prosesin ardından ürəyimizə yatan bir filmə imza atdıq. İzləyənlərin bəyənəcəyini ümid edirik", - filmin baş rol ifaçısı Farah Zeynep Abdullah qalada jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, həm də geyimi ilə bütün diqqətləri öz üzərinə çəkib. Lakin bir çox məşhurlardan fərqli olaraq, seksual bir libasla deyil, kifayət qədər qapalı obrazı ilə. Məlum olub ki, "Maison Margiela" markasına aid olan bu libasın dəyəri 124 min TL-dir (Təxminən 7500 manat).
Bundan başqa, çəkilişlərdə münasibətlərinin pozulduğu deyilən aktrisa Hande Ataizi ilə Farah Abdullah barışdıqlarını bildiriblər.