Xalq artisti, tanınmış iş adamı Emin Ağalarov yaradıcılıq planları ilə bağlı "instqram"da izləyicilərinə müjdə verib. SİA xəbər verir ki, sənətçi 2023-cü ilini kumiri Elvis Preslinin yaradıcılığına həsr etdiyini bildirib. Elvis Preslinin portretinin yanında dayanıb foto çəkdirən ulduz vurğulayıb ki, şad xəbəri tezliklə açıqlayacaq.
"67 il əvvəl, 1956-cı il noyabrın 15-də bu gün Elvis Preslinin "Love me tender" adlı debüt filminin premyerası olub. Əfsanəvi mahnı bundan qısa müddət əvvəl işıq üzü görmüşdü. Bu film milyonlarla tamaşaçıya Elvisin yeni tərəflərini göstərdi. Mən bu və gələn il yaradıcılığımı kumirimə həsr etdim. Səbəbini tezliklə öyrənəcəksiniz...", - Ağalarov qeyd edib.
İzləyiciləri şərhlərdə ulduzun müjdəsini verdiyi layihəsini səbirsizliklə gözləyəcəklərini yazıblar.