Prusias ad Hypium antik şəhərində yeni mozaika aşkar edilib

16 Noyabr 2023 23:24 (UTC+04:00)

Türkiyənin Düzce şəhərindəki Prusias ad Hypium antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı “Dionysus''u əks etdirən şir mozaikası tapılıb.
SİA-nın əldə etdiyi məlumata görə, Konuralp bölgəsindəki antik şəhərdə Mədəni İrs və Muzeylər Müdirliyinin icazəsi ilə aparılan qazıntılarda yeni tapıntılar aşkarlanıb.
Teatrın yaxınlığında qazıntı işləri aparan arxeoloqlar eyvana birləşən strukturda şir mozaikası aşkar ediblər.