Müğənni və prodüser Valeri Meladze Rusiyada vergi ödəmədiyinə görə əmlakının bir hissəsi müsadirə oluna bilər,
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının Təhsil Komitəsinin üzvü Anatoli Vasserman deyib.
Qeyd edək ki, olayı “Moskva Region Today” onlayn nəşrində şərh edən parlamentari, sənətçinin Rusiyadan kənarda olduğu təqdirdə könüllü olaraq borc və cərimələri ödəməyə razı olma ehtimalının az olduğunu bildirib.
...Güman edə bilərəm ki, Meladze Rusiyadan kənarda olduğundan o, çətin ki, könüllü olaraq dəymiş ziyanı ödəməyə və cərimələri ödəməyə razı olsun. Bu o deməkdir ki, onun əmlakının bir hissəsi müsadirə olunmalı olacaq”, - deyə deputat izah edib.
Vassermanın fikrincə, vergilərin ödənilməməsinə görə cəza olmalıdır. Əks halda Meladze qanunu pozmağa davam edə bilər. Millət vəkilinin sözlərinə görə, “cəzasız cinayətkar getdikcə daha çox cinayət törədir”.
Nazlı