Qızıl yel xəstəliyi bu halda özünü büruzə verir - DİQQƏT! - HƏKİM İZAH ETDİ

16 Noyabr 2023 12:32 (UTC+04:00)

“Qızıl yel xəstəliyi cərrahi infeksiyalardan biri sayılır. Bu xəstələyin ağırlaşmış forması əksər vaxtlarda cərrahi yol ilə sağalır”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.

A.Qeybulla bildirib ki, qızıl yel xəstəliyi A qrupuna aid olan bettahemalitik streptokoklar tərəfindən törədilir: “Hansı ki, bu insanda angina, revmatizm yaradır. Bunlar dəridə və dərialtı piy təbəqəsində iltihablaşma ilə xarakterizə olunur.

Qızıl yel xəstəliyi daha çox immunitetin pozulması nəticəsində baş verir. Şəkərli diabet, aşağı ətraf problemi olan xəstələrdə daha çox olur. Bu xəstəlik bədənin bütün hissələrində dəri üzərində özünü göstərə bilər. Xəstəlik ağırlaşdıqda ciddi şəkil alır və bunun ağırlaşması müxtəlif irinlərin əmələ gəlməsinə səbəb olur. Buna görə də vaxtında müalicə olunmalıdır. Qızıl xəstəliyinin keçiriciliyi yalnız kontaktla mümkündür, çünki infeksion xəstəlikdir. İstənilən halda bu cür xəstələrlə kontakt tövsiyyə olunmur”.