Məşhur aktrisa yeni mahnısını ayrıldığı sevgilisinə həsr etdi - VİDEO

16 Noyabr 2023 07:11 (UTC+04:00)

Məşhur aktrisa Tuvana Turkay "Ah aşk" mahnısını ayrıldığı sevgilisinə həsr etdiyini deyib. SİA xəbər verir ki, iki il əvvəl təqdim etdiyi mahnıya klip çəkdirən ulduz ilk dəfə etiraf edib ki, onu şəxsi həyatında baş verənlər qələmə almağa məcbur edib.

"Əsəri ona yazdım. Ağlayaraq, zırıldayaraq yazdığım bir nəğmədir bu. Danışarkən hələ də səsim titrəyir. O şəxsin yeri hər zaman məndə özəl qalacaq. Kim olduğu isə ölənə qədər sirrim olacaq", - ulduz bildirib.