Flora Kərimova vəsiyyətini AÇIQLADI - FOTO

16 Noyabr 2023 01:31 (UTC+04:00)

Xalq artisti Flora Kərimova vəsiyyətini açıqlayıb. SİA xəbər verir ki, bu haqda "Evdəkilərə salam" proqramında danışıb. Şəkil nümayiş etdirən müğənni onun baş daşına vurulmasını istədiyini söyləyib.

"Gecindən olsun. Amma vəsiyyət etmişəm ki, son səfərimdə məndən öncə bu şəklim getsin. Şəkli mənə bir dostum bağışlayıb", - deyə, Kərimova bildirib.