Azərbaycanın U-19 millisi ilk oyunda heç-heçə edib

16 Noyabr 2023 02:09 (UTC+04:00)

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. SİA xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Bosniya və Herseqovina seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb - 0:0.

Qeyd edək ki, U-19 noyabrın 18-də Niderland, 21-də Lüksemburqla görüşəcək.