...Biz Azərbaycan Prezident Administrasiyasının yüksək vəzifəli nümayəndəsinin Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının, təhlükəsizliyinin və iqtisadi rifahının təmin edilməsi ilə bağlı son bəyanatlarını alqışlayırıq. Hesab edirəm ki, bu, çox vacib və vaxtında verilən siqnaldır. Biz isə Bakı ilə İrəvanın barışması üçün prinsipial əhəmiyyət kəsb edən bu prosesi, o cümlədən Rusiya sülhməramlı kontingenti vasitəsilə asanlaşdırmaq üçün əlimizdən gələni edəcəyik.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın ermənilərin Dağlıq Qarabağa qayıtması perspektivlərini necə dəyərləndirməsi ilə bağlı sualı cavablandırarkən deyib bunu.
Onun sözlərinə görə, Rusiya tərəfi bu bölgənin, bu ərazilərin sakinlərinin geri qayıtmasının qarşısını almaq üçün ilhamlanan çoxlu saxtakarlıqlar qeydə alır.
“Bəziləri hansısa xəyali təhdidlərlə qorxudulur, digərlərinə evlərindən heç nə qalmadığı barədə yalan məlumatlar verilir. Bu doğru deyil”.
Nə demək olar, təbii ki, xain xoflu olur...
Bunu da Zaxarova deyib.
Nazlı