Biznesmen və rieltor Andrey Kovalev müğənni Alla Puqaçovanın Moskva yaxınlığındakı Qryaz kəndindəki qəsrini almaq arzusunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, rus saytlarına danışan sahibkar Puqaçevalar ailəsinin qəsrin tikintisinə milyard rubl sərmayə qoymasına baxmayaraq, bunun üçün 150 milyon rubl təklif edə biləcəyini bildirib.
Maraqlıdır ki, Kovalev alacağı qəsri sonradan toylar üçün icarəyə verəcəyini də gizlətməyib.
Amma məsələ bundadır ki, alınacaq qəsr yenidən tikilməlidir, çünki Allanın satacağı evdə 500-600 nəfərlik böyük zal yoxdur.
Kovalevun sözlərinə görə, o, şəxsi Qrebnevo malikanəsinin bərpası zamanı qalada cəngavər zirehləri kolleksiyası və rəsm əsərləri yerləşdirməyi planlaşdırır.
Nazlı