Qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilir - FOTO

15 Noyabr 2023 12:13 (UTC+04:00)

Prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci-yazılı imtahan mərhələsi keçirilir. Bu barədə SİA-ya Baş Prokurorluqdan bildirilib.

Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib.

İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edirlər.