Abbas Bağırov arıqlama sirrini AÇIQLADI

15 Noyabr 2023 06:13 (UTC+04:00)

Son zamanlar xeyli çəki atdığı gözdən qaçmayan əməkdar artist Abbas Bağırov haqqında gəzən şaiyələrə son qoyub. SİA xəbər verir ki, müğənni "əməliyyatla arıqladı", "dərmanla arıqladı" kimi şərhlər yazan izləyicilərinə cavab verib: "2 saatdır gəzirəm, 11.2 km yol qət etmişəm. 790 kalori yandırmışam. Bu da arıqlamağımın səbəbi. Sən də bacararsan" -deyə bildirib.