Maldiv adalarına turist kimi ən çox ruslar gəlir...

13 Noyabr 2023 22:48 (UTC+04:00)

...Maldiv adaları ilin əvvəlindən 1,5 milyondan çox xarici turist qəbul edib. Və bu turistlərin 180 mindən çoxu Rusiyadan gələnlərdir.

SİA “İnterfaks” istinadən xəbər verir ki, bu barədə ölkənin Turizm Nazirliyi məlumat yayıb.

...Yanvardan noyabrın 8-dək Maldiv adaları 1,56 milyon turist qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz çoxdur. İlin sonuna kimi Maldiv adalarını 1,9 milyon turistin ziyarət edəcəyi gözlənilir. Rusiya gələn turistlərin sayına görə ölkələr arasında liderlik etməkdə davam edir.

Qeyd edək ki, bunu “İnterfaks” yazır.

...Nazirliyin statistikasına görə, ilin əvvəlindən Maldiv adalarına 180 mindən çox rusiyalı səfər edib, Rusiya bazarının ümumi xarici turist axınındakı payı 11,5 faiz təşkil edib. İkinci yerdə 168,1 min turistin gəldiyi Hindistan qərarlaşıb ki, bu da xarici qonaqların ümumi sayının 10,8 faizini təşkil edir. İlk üçlüyü Çin (166,43 min) qapayır.

Ümumilikdə, Maldiv adalarının Turizm Nazirliyinin məlumatına görə, noyabrın 1-dən noyabrın 8-dək ölkəyə 40 mindən çox xarici turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur.

Nazlı