""TÜRKSAT 6A" 2024-cü ilin iyun ayında orbitə buraxılacaq"

13 Noyabr 2023 23:43 (UTC+04:00)

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyənin yeni peyki "TÜRKSAT 6A"-nın 2024-cü ilin iyun ayında orbitə buraxılacağını bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Nazir Uraloğlu paytaxt Ankarada TÜRKSAT Peyk Yer Sistemləri Ehtiyac Mərkəzinin açılışında çıxış edib.

Uraloğlu ilk milli rabitə peyki olan "Türksat 6A"-nın bir çox çətin sınaqları uğurla başa vurduğunu bildirdi:

"Dəyərləndirmələrimiz nəticəsində yer təhvil-təslimi 2024-cü ilin mart ayında baş tutacaq. Bu mərhələdən sonra "SpaceX" ilə əldə edilmiş razılaşmaya uyğun olaraq, "Türksat 6A"-nı iyun ayında orbitə çıxarmağı hədəfləyirik.

Xidmətə başlayanda digər peyklərimiz ilə əhatə olunmayan Cənubi və Şərqi Asiya kimi yeni coğrafiyalara xidmət göstərməklə regiondakı lider mövqeyimizi daha da gücləndirəcəyik”.