İraqın şimalında daha altı terrorçu zәrәrsizlәşdirilib

13 Noyabr 2023 18:16 (UTC+04:00)

İraqın şimalında separatçı terror təşkilatı PKK/YPG-nin 6 üzvü zərərsizləşdirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Milli Müdafiə Nazirliyinin (MSB) rəsmi internet səhifəsində verilən bəyanatda bildirilib.
"Terror təşkilatı PKK-ya qarşı əməliyyatlarımız qətiyyətlə davam edir. İraqın şimalındakı Hakurk bölgəsində 6 PKK terrorçusu həyata keçirilən hava əməliyyatı ilə zərərsizləşdirilib.

Sonuncu terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək", - deyə bəyanatda qeyd olunub.