Maykl Ceksonun pencəyi rekord qiymətə satılıb

13 Noyabr 2023 16:01 (UTC+04:00)

Maykl Ceksonun 1980-ci illərin ikonik dəri gödəkçəsi 306 min dollara satılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənninin reklam çəkilişində geyindiyi ağ-qara gödəkçənin hərracda 250 min ilə 490 min dollar arasında satılacağı gözlənilirdi. Cümə günü Londonda keçirilən hərracda Ceksonun gödəkçəsi ilə birlikdə 200-dən çox başqa musiqi əsəri satılıb. Onların arasında Corc Mayklın pencəyi və Emi Uaynhausa məxsus parik də olub.

Qeyd edək ki, Cekson sözügedən pencəyi 1984-cü ildə "Kola" şirkəti üçün ilk reklam filmində geyinmişdi. Belə reklamlardan birində Ceksonun saçları alovlanıb. Qəzadan sonra Cekson ciddi yanıqlar alıb. Lakin bu qəza zamanı onun əynində başqa pencək olub.