Xalq yazıçısı Çingiz Abdullayevlə görüş təşkil olunub - FOTOLAR

13 Noyabr 2023 14:38 (UTC+04:00)

IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində noyabrın 13-də Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib. SİA xəbər verir ki, görüşdə yazıçı Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun qazandığı şanlı zəfərimizdən danışıb.

O qeyd edib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan qalib gəlib və bu danılmaz faktdır.

Daha sonra o, keçən əsrin 90-cı illərində müəllifi olduğu "Qara Yanvar" kitabının çapı zamanı qarşılaşdığı çətinliklərdən söhbət açıb.

Tədbir sual-cavab formatında davam edib.

Sonda yazıçı oxucular üçün kitablarını imzalayıb.