Rejissor Ceyms Kemeronun "Titanik" bədii filmində yeni film xətası aşkarlanıb. SİA xəbər verir ki, bu barədə "MetroNews" portalı məlumat yayıb.
Məlum olub ki, səhnələrin birində Leonardo Di Kaprionun canlandırdığı "Cek" obrazı geyimi ilə qəribə hadisələr yaşayıb. Söhbət bir gəncin boruya zəncirlənməsi, "Rouzun" isə onu azad etməyə çalışması epizodundan gedir.
Həmin epizodda oğlanın əynində aşırmalı köynək və şalvar var. Qız onu azad etdiyi anda kamera diqqəti "Cekə" yönəldir. Diqqətli tamaşaçı həmin epizodda aşırmaların yoxa çıxdığını görə bilər. Filmin pərəstişkarları həmin səhnənin müxtəlif vaxtlarda çəkildiyini iddia edirlər.
Xatırladaq ki, "Titanik" Amerika kinosunun klassikinə çevrilib. Film 11 "Oskar" mükafatına layiq görülüb.