Ruslara qarşı nə qədər Ukrayna əsgəri döyüşür?

12 Noyabr 2023 20:54 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətinin keçmiş rəhbəri Vladislav Seleznev Ukrayna qoşunlarının şəxsi heyətinin sayını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, TASS bunu Seleznev. istinadən xəbər verir.

Beləliklə, Seleznevin sözlərinə görə, Ukrayna müdafiə qüvvələrində 1,3 milyon insan xidmət edir.

“Onların hamısının silah və sursata ehtiyacı var”, o əlavə edib və qeyd edib ki, Qərbdən silah və sursatla təmin etməkdə yaranan çətinliklərə görə indi müharibə zonasında Ukrayna ordusunun perspektivləri zəifdir.

Xatırladaq ki, bundan əvvəl Seleznev Rusiya və Belarusla sərhəddə 500 min mina quraşdırıldığını açıqlamışdı.

O qeyd edib ki, qeyd olunan sayda mərmi artıq Volın, Rivne, Jitomir və Kiyev vilayətlərində torpağa basdırılıb.

Nazlı