Sabah dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

12 Noyabr 2023 14:41 (UTC+04:00)

Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq. SİA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, noyabrın 13-də dağlıq və dağətəyi rayonlarda əsasən gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.