Əhaliyə XƏBƏRDARLIQ: Noyabrın 12-də...

12 Noyabr 2023 03:07 (UTC+04:00)

Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq. SİA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, noyabrın 12-də dağlıq və dağətəyi rayonlarda əsasən gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.