Rusiyadan Finlandiyaya velo-səyahət qadağan olundu

12 Noyabr 2023 02:11 (UTC+04:00)

Rusiyadan Finlandiyaya velosipedlə vətəndaşların daxil olması qadağan edilib. SİA xəbər verir ki, bu barədə "Vaalimaa" keçid məntəqəsinin sərhəd mühafizəsinin növbətçi zabiti "RİA Novosti"yə bildirib.

O, qadağanın noyabrın 9-dan tətbiq olunduğunu söyləyib.

Qadağanın tətbiqi Finlandiyanın cənub-şərqində Rusiya vətəndaşlarının axınının çoxluğu ilə əlaqələndirilib.