"Uşaqların təxliyəsinə kömək edəcəyik" - Daniel Haqari

12 Noyabr 2023 02:03 (UTC+04:00)

İsrail ordusu Qəzza zolağındakı xəstəxanada təxliyəyə kömək etməyi planlaşdırır. SİA xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Daniel Haqari deyib.

“İsrail ordusu Qəzza zolağındakı "Əş-Şəfa" xəstəxanasından xəstələrin, xüsusən də uşaq şöbəsindən uşaqların təxliyəsinə kömək etməyi planlaşdırır”, - Haqari bildirib.